Laricani: Region ölkələri təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparırlar
İranın İslami Şura Məclisinin sədri region ölkələrinin parlament sədrlərinin terrorizm ilə mübarizə üçün təhlükəsizlik və kəşfiyyat üzrə fikir mübadiləsi apardıqlarını deyib.
Əli Laricani dünən gecə İslamabadda keçirilən terrorizm ilə mübarizə və region ölkələri arasında əməkdaşlıq iclasından qayıddıqdan sonra deyib: Rusiya, Çin, Türkiyə, Əfqanıstan, İran və Pakistan regionda böhranın qızışmasını nəzərə alaraq terrorizm ilə mübarizə mövzusunda bir iclas keçirdilər və bu sahədə qarşılıqlı təcrübədən faydalanmaq yollarını müzakirə etdilər.
İran parlamentinin sədri deyib: İslamabad iclasında iştirak edən ölkələr iqtisadi əlaqələrin genişləndirilməsi və yoxsulluğun aradan qaldırılması mövzusunda da region ölkələri arasında inteqrasiyaya gətirib çıxaracaq cəhətləri araşdırıblar.
Laricani iradələrin güclənməsi ilə regionda sülh və sakitliyin təmin olunacağını bildirərək deyib: Pakistan iclasında qərara qlındı ki, növbəti iclas 2018-ci ildə Tehranda keçiriləcək.