İranın daxili işlər naziir: İran xalqı inqilabın azadlıq çeşməsindən doyub
İranın daxili işlər naziri deyib: ABŞ prezidenti bilməlidir ki, İran xalqı 1979-cu ildə İslam İnqilabının azadlıq çeşməsindən tam şəkildə doymuşdur.
İranın Daxili İşlər Nazirliyinin informasiya portalının məlumatına görə, daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli ABŞ prezidenti Donald Trampın İran əleyhinə açıqlamasına reaksiyada deyib: Yalançılıq simvolu olaraq Azadlıq heykəlini qüllələrin üzərinə qoyan, lakin xalqların azadlığına mane olanlar sizlərsiniz.
İran daxili işlər naziri əlavə edib: Dilənçilik, ehtiyac, hədə-qorxu və təcavüz əlini dünyanın müxtəlif bölgələrinə uzadanlar sizlərsiniz, xalqların qanlarını axıdırsınız, ölkələr və xalqların sərvətini qarət edirsiniz, deməli siz acsınız, siz azadlığın daha çox teşnəsisiniz.
ABŞ prezidenti Donald Tramp son bir neçə gündə müxtəlif twitlərdə İranın daxili məsələlərinə müdaxilə edib və iğtişaşçıları dəstəkləyib.
Tramp bundan öncə açıq-aşkar hörmətsizlik edərək İran xalqını "terrorçu xalq" adlandırmışdı. Hazırda da İranda etiraz aksiyalarında iştirak edənlərə münafiqlərə bənzər formada ürək yandırmış və İran xalqına hörmətə ehtiyaclı olan "ac xalq" ifadəsi ilə hörmətsizlik etmişdi.