İranın mədəniyyət naziri: Təbriz İranın inkişafının mərkəzidir
https://azeri.sahartv.ir/news/İran-i291229-İranın_mədəniyyət_naziri_təbriz_İranın_inkişafının_mərkəzidir
İranın mədəniyyət və islami irşad naziri deyib: Şərqi Azərbaycan ostanı və onun mərkəzi Təbriz İran İslam Respublikasının inkişafının mərkəzidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2018 16:53 Asia/Baku
  • İranın mədəniyyət naziri: Təbriz İranın inkişafının mərkəzidir

İranın mədəniyyət və islami irşad naziri deyib: Şərqi Azərbaycan ostanı və onun mərkəzi Təbriz İran İslam Respublikasının inkişafının mərkəzidir.

İRİB-in məlumatına görə, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Abbas Salehi cümə axşamı günü İranın şimal-qərbində Təbrizdə Şərqi Azərbaycan ostanı idarə şurasının iclasında deyib: Şərqi Azərbaycan ostanının mədəniyyəti, tanınmış simaları, incəsənəti, dini və ədəbiyyatı bu bölgənin əsas imkanlarındandır ki, İranın inkişafının xidmətində ola bilər.

İranın mədəniyyət və islami irşad naziri deyib: Təbriz 2018 Təbriz və Şərqi Azərbaycan üçün fürsətdir və bu mədəni imkandan maksimum şəkildə faydalanmaq lazımdır.

İranın şimal-qərbində Təbriz 2018-ci ildə İslam Ölkələrinin Turizm Paytaxtı seçilmişdir; Təbriz təbiət və tarixi cazibəlikləri, əl işləri sənayesi və özünəməxsus musiqisi ilə zəngindir.