Yan 05, 2018 13:44 Asia/Baku
  • İran hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı narkotik qaçaqçıları ilə döyüşdə şəhid olub

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanı, Xaş şəhərinin icra başçısı cümə axşamı İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin 3 əməkdaşının narkotik qaçaqçıları ilə döyüşdə şəhid olmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Məhəmməd Əkbər Çakərzehi bu üç fədakar hüquq-mühafizə orqanı əməkdaşının şəhadətinin xalqa xidmət yolunda hansısa boşluğun yaranmasına səbəb olmayacağını deyərək, İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin islam quruluşunun nailiyyətlərini canla-başla qoruduqlarını bildirib.

İran İslam Respublikası dünyada narkotik maddələr ilə mübarizənin ön cəbhəsində yer alır və indiyə kimi bu yolda 3 mindən çox şəhid verib.

BMT İranı narkotik maddələrin qaçaq edilməsi ilə mübarizənin bayraqdarı elan edib.

Teqlər