Yan 06, 2018 13:14 Asia/Baku
  • Zərifin İŞİD və Ərəbistanın hərəkətlərinə reaksiyası
    Zərifin İŞİD və Ərəbistanın hərəkətlərinə reaksiyası

İranın xarici işlər naziri deyib: Amerika prezidentinin, İŞİD terror qrupunun və səud rejiminin İrandakı son iğtişaşları himayə etmələri təəccüb doğurur.

Məhəmməd Cavad Zərif cümə günü Amerika prezidenti, İŞİD terror qrupu və səud rejiminin İrandakı son iğtişaşları eyni zamanda himayə etmələrinə reaksiya olaraq, twitter-dəki şəxsi səhifəsində yazıb: Ərəbistan və İŞİD terror qrupu, bir-birilərinin daimi həyat yoldaşları kimi, Donald Trampın ardınca gedərək, birlikdə İranda zorakılıq, ölüm və dağıntını təsdiq edirlər ki, bu da təəccüb doğurur.

ABŞ prezidenti Donald Tramp son bir neçə gündə müxtəlif twitt-lərdə İranın daxili işlərinə qarışaraq, iğtişaşçılara dəstək veribdir.

İranın baş prokuroru höccətulislam vəlmuslimin Mohəmməd Cəfər Montəzeri cümə axşamı günü İrandakı son çaxnaşmalar ilə bağlı əməliyyat otağının təfərrüatları barədə belə deyib:  Bu plan İranda çaxnaşma yaratmaq məqsədilə dörd il bundan öncə cızılmış amerikan-sionist-səud üç bucağından təşkil olunubdur.

Teqlər