Salehi: İranla anlaşmamaq qəti şəkildə üç Avropa ölkəsinin xeyrinə deyil
İranın Atom Enerjisi Təşkilatının sədri Tehranın keçmişdə İngiltərə, Fransa və Almaniya ilə olmuş nüvə danışıqlarına toxunaraq, vurğulayıb: İranla anlaşmamaq keçmişdəki kimi qəti şəkildə üç Avropa ölkəsinin xeyrinə olmayacaqdır.
Əli Əkbər Salehi bu gün axşam Tehranda İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou ilə görüşdə nüvə anlaşması ilə bağlı hazırkı durumu Amerika prezidenti Donald Trampın zehni qarışıqlığının nəticəsi adlandırıb. O, deyib: Bu nahiyədən yaranan problemlərə rəğmən, İran şəraitə əsasən, öz maraqlarına söykənən qərarlar çıxaracaqdır.
İranın Atom Enerjisi Təşkilatının sədri Qazaxıstan tərəfindən İrana 900 ton təbii uranın satışının reallaşması istiqamətində İngiltərənin maneçilik törətməsi kimi qarşı tərəfin sədaqətsizliyi kimi halları da vurğulayıbdır.