İtaliya və İsveç səfirləri Avropanın İran ilə nüvə anlaşmasına sadiq qaldığını vurğulayıblar
-
İtaliya və İsveç səfirləri Avropanın İran ilə nüvə anlaşmasına sadiq qaldığını vurğulayıblar
İtaliya və İsveçin Tehrandakı səfirləri İranın Xarici Əlaqələrinin İstiqamətləndirilməsi Şurasının iclasında İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasının qorunmasına təkid ediblər.
İRNA-nın məlumatına görə, İtaliyanın Tehrandakı səfiri Mauro Konçiyatori çərşənbə axşamı İranın Xarici Əlaqələrin İstiqamətləndirilməsi Şurasının "Avropa və Asiyanın qərbinin geosiyasi məsələləri" adlı iclasında nüvə anlaşmasının pozulmasının regionda gərginliyə səbəb olacağını bildirib və deyib: ABŞ prezidentinin nüvə anlaşması ilə bağlı atacağı addım Avropanın nüvə anlaşmasını himayə üzrə m övqeyinə heç bir təsir buraxmayyacaq.
İsveçin Tehrandakı səfiri Helena Sanqlənd də bu iclasda ABŞ tərəfindən nüvə anlaşmasının ləğv edilməsi və ya pozulmasının təxirə salınması ehtimalına işarə edərək, bu anlaşmanın pozulmasını böyük bir yanlışlıq adlandırıb və deyib: Avropa və İsveç indiyə k imi nüvə anlaşmasının icrasına tam formada sadiq olub.
İtaliya, İsveç, Britaniya və İraqın Tehrandakı səfirlərinin iştirak etdiyi bu iclasda nüvə anlaşması, insan haqları və regional məsələlər müzakirə edilib.