Yan 10, 2018 18:20 Asia/Baku
  • İranda bir qrup terrorçu və əks-inqilabçı şəxs həbs edilib

İranın təhlükəsizlik qüvvələri ötən gün ötən günlərdə İranda xalq etirazlarının iğtişaşlara sürüklənməsində təsirli rola malik olmuş bir qrup terrorçu və əks-inqilabçı şəxsin kimliyini müəyyən və həbs edib.

İranın Təhlükəsizlik Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, İranın təhlükəsizlik qüvvələri xüsusi axtarış əməliyyatı zamanı etirazların xaosa və iğtişaşa sürüklənməsində, insanların döyülməsi və qətlə yetirilməsində habelə, hüquq-mühafizə qüvvələrinə qarşı odlu və soyuq silahdan istifadə edərk zorakılığın tətbiq edilməsində, ümumi və şəxsi əmlakın yağmalanması və dağıdılmasında rolu olan bir qrup insanı həbs edib.

Bu məlumatda həmçinin deyilir: İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Sərdəşt məntəqəsində bir terrorçu dəstəni aşkar və məhv edib. Dəstə üzvlərinin üzərinə baxış keçirilərkən 3 ədəd silah və xeyli miqdarda hərbi-kəşfiyyat təchizatı aşkar edilib. Bu terrorçular qərb sərhədləri vasitəsi ilə İrana daxil olublar.

Terrorçuların sığınacağının aşkar və mərkəzi qərargahı Avropada yerləşən və əsas fəaliyyət dairəsi partlayıcı maddələrin hazırlanması olan bir əks-inqilabçı qrupun əlaqələndiriciləri olan 3 nəfərin həbs edilməsi, İranın cənub qərbində yerləşən İze qəsəbəsində iğtişaşçıların özəyinin ələ keçirilməsi və bir neçə əks-inqilabçının saxlanılması Təhlükəsizlik Nazirliyinin digər tədbirlərindən olub.

28 dekabr 2017-ci il tarixindən başlayaraq İranın müxtəlif şəhərlərində xalq etiraz aksiyaları təşkil etmək və şüarlar verməklə iflasa uğramış maliyyə müəssisələrindəki əmanətlərinin taleyinə aydınlığın gətirilməməsi, gündəlik tələbat mallarının bahalaşması və vəziyyətə dövlət nəzarətinin zəif olmasını tənqid ediblər. Yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan bir qrup fürsətçi isə iğtişaş törətməklə aranı qarışdırmağa çalışıb.

İran xalqı ötən günlərdə iğtişaşçıların hərəkətlərini qınamaq məqsədi ilə ölkənin müxtəlif şəhərlərində aksiyalar təşkil edib, iğtişaşçılar və onların xarici himayədarları əleyhinə şüarlar veriblər.

Teqlər