Yan 11, 2018 10:00 Asia/Baku
  • İran anlaşmaya öhdəliyinin davam etməsi ABŞ-ın öhdəliyi ilə şərtlidir
    İran anlaşmaya öhdəliyinin davam etməsi ABŞ-ın öhdəliyi ilə şərtlidir

İran xarici işlər naziri bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına tam sadiq qaldığını təsdiqləmişdir. Lakin bu prosesin davam etməsi ABŞ-ın bu anlaşmaya sadiq qalmasını tələb edir.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü Twitter səhifəsində yazıb: Hamı bütün tərəflərin nüvə anlaşması ilə əlaqədar öhdəliklərə sadiq qalmasının vacibliyini vurğulayır. 

Zərif həmçinin Moskvada bildirib: Dünya ictimaiyyəti ABŞ-ın siyasətlərini dəstəkləmədiyini və bu ölkənin siyasətlərini təxribatçı hesab etdiyini tam şəkildə əks etdirmişdir. 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və İran xarici işlər nazirlərinin davamlı məsləhətləşmələri, o cümlədən nüvə anlaşması haqda danışıqları çərçivəsində çərşənbə günü Moskvaya səfər edib və rus həmkarı Sergey Lavrovla görüşüb. 

Teqlər