İran Çinin neft tankerinin xilasetmə əməliyyatına ciddi şəkildə yanaşmasını vurğulayıb
İranın kooperasiya, əmək və sosial rifah naziri və İran neft tankerinin qəzaya uğraması üzrə yaradılmış xüsusi işçi qrupunun rəhbəri Əli Rəbii cümə günü Çin rəsmilərinə ünvanladığı məktubda Çinin Dəniz Qüvvələri, Nəqliyyat Nazirliyi və əlaqədar digər qurumlarının İran neft tankerinin xilasetmə əməliyyatını münasib şəkildə izləməsini istəyib.
Şənbə gecə Çinin şərq sahillərində Çin-Honq-Konqun bir yük gəmisi İranın neft tankeri ilə toqquşub. Bu hadisə İranın neft tankerində partlayış və yanğına səbəb olub. Neft tankerinin 32 nəfərlik ekipaj xidməti hadisədə itkin düşüb.
İran İslam Respublikasının Çindəki səfiri cümə axşamı günü yanğının söndürülməsi, ekipaj heyəti üzvlərinin vəziyyətinin müəyyənləşdirilməsi üçün İranın hər hansı köməyi etməyə hazır olduğunu bildirib.
Əli Əsğər Xaci Çinin Şanxay şəhərində İranın neft tankerinin vəziyyətinin araşdırılması üzrə komitə ilə yaxından tanış olarkən deyib: İran xalqı bu hadisənin xəbərlərini nigaranlıqla izləyir.
İran İslam Respublikasının Çindəki səfiri əlavə edib: İran hökuməti dənizçilərin xilas edilməsi məqsədilə Çinin xilasetmə qrupu ilə əməkdaşlıq etmək üçün tam qüvvəsini səfərbər edib.
Xaci İranın texniki mütəxəssisləri bu tankerin sərnişinlərinin sağ qalmasına ümid etdiklərini bildirərək deyib: İranın birinci prioriteti bu tanker sərnişinlərinin həyatını xilas etməkdir.