Yan 14, 2018 10:15 Asia/Baku
  • İranın neft tankerində yanğının söndürülməsi əməliyyatı davam edir
    İranın neft tankerində yanğının söndürülməsi əməliyyatı davam edir

İranın neft tankerində yanğının söndürülməsi əməliyyatına başçılıq edən çinli komandan deyib: Xilasetmə əməliyyatı davam edir.

İranın "Sançi" adkli neft tankeri İrandan Cənubi Koreyaya ixrac edilən 136 min tonluq qaz konsendantları yükünə məalik idi. O, Çinin cənub sularında Honq Konqa məxsus bir yük gəmisinə dəyərək, yanğına məruz qalıb. 

Bazar gününə olan məlumatlara əsasən yanğının söndürülməsi əməliyyatının çinli komandanı Şio Çun Vi "Sançi" neft tankerinin vəziyyətinin araşdırılması üzrə İran heyəti ilə birgə iclasda deyib: Analizlərə əsasən, ilkin partlayışın güclü olmasına nəzərə alaraq, gəmidə olan insanların həyatda qalması ehtimalı çox zəifdir. 

O, həmçinin deyib: Neft tankerinin mühərrik bölməsi iranlı dənizçilərin ola biləcəyi yeganə seçimdir. İndiyə kimi İranın neft tankerinin itkin düşmüş 32 nəfərlik ekipaj heyətinə aid olduğu deyilən 3 cəsəd aşkar edilib. 

Teqlər