Laricani: İslam ölkələri öz haqlarının müdafiəsində daha aktiv olmalıdırlar
https://azeri.sahartv.ir/news/İran-i292291-laricani_İslam_ölkələri_öz_haqlarının_müdafiəsində_daha_aktiv_olmalıdırlar
İran İslam Şurası Məclisinin sədri bu gün Tehranda İndoneziya Parlamentinin sədri Fəzli Zon ilə görüşdə deyib: İslam ölkələri öz haqlarının müdafiəsində daha aktiv olmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 08:55 Asia/Baku
  • Laricani: İslam ölkələri öz haqlarının müdafiəsində daha aktiv olmalıdırlar
    Laricani: İslam ölkələri öz haqlarının müdafiəsində daha aktiv olmalıdırlar

İran İslam Şurası Məclisinin sədri bu gün Tehranda İndoneziya Parlamentinin sədri Fəzli Zon ilə görüşdə deyib: İslam ölkələri öz haqlarının müdafiəsində daha aktiv olmalıdırlar.

Əli Laricani İslam ölkələrinin işçi qüvvəsi və enerji resursları baxımından böyük potensiallara malik olduğunu deyərək, İslam ölkələrinin bu imkanlardan öz məqsədlərinə nail olmaq üçün istifadə etmələrini istəyib. 

İran İslam Şurası Məclisinin sədri həmçinin, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 13-cü Parlamentlərarası iclasının çərşənbə axşamı Tehranda keçirilməsinə işarə edərək, deyib: Bu kimi iclasların keçirilməsi İslam ölkələrinin bir-birilərinə yaxınlaşmasına, əlaqələrin inkişaf etməsinə və İslam Dünyasının problemlərinin həllinə kömək edə bilər. 

İndoneziya Parlamentinin sədri Fəzli Zon da bu görüşdə deyib: İndoneziya İƏT-in Parlamentlərarası İclasının İslam Dünyasının tələblərinə cavab verəcəyinə ümidvardır.