İnqilab Rəhbəri İranın neft tankerinin ekipaj üzvlərinin həlak olmasına görə başsağlığı veriblər
https://azeri.sahartv.ir/news/İran-i292345-İnqilab_rəhbəri_İranın_neft_tankerinin_ekipaj_üzvlərinin_həlak_olmasına_görə_başsağlığı_veriblər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İranın neft tankerinin ekipaj üzvlərinin həlak olması ilə nəticələnən acı hadisə ilə bağlı başsağlığı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 19:14 Asia/Baku
  • İnqilab Rəhbəri İranın neft tankerinin ekipaj üzvlərinin həlak olmasına görə başsağlığı veriblər
    İnqilab Rəhbəri İranın neft tankerinin ekipaj üzvlərinin həlak olmasına görə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İranın neft tankerinin ekipaj üzvlərinin həlak olması ilə nəticələnən acı hadisə ilə bağlı başsağlığı veriblər.

Həzrət Ayətullahülüzma Xameneinin başsağlığı müraciətində deyilir: "İranın neft tankerində yanğının çıxması və bunun ardınca tankerin qərq olması kimi acı və kədərli hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi şəkildə başsağlığı verir və Allahdan onların kədərli ürəklərinə təsəlli və sakitlik bəxş etməsini diləyirəm."

İnqilab Rəhbəri daha sonra deyiblər: "O əziz insanlar vətənə xidmət edərkən, vəzifə başında can veriblər və bu, bəlkə də kədərin acısını azalda biləcək, qəmli ürəklərə sakitlik bəxş edə biləcək böyük bir fəxrdir. Allah Taladan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm."