Yan 16, 2018 13:33 Asia/Baku
  • Laricani: İslam dünyası bütün İslam ölkələrinin həmkarlığına ehtiyac duyur
    Laricani: İslam dünyası bütün İslam ölkələrinin həmkarlığına ehtiyac duyur

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri deyib: İslam dünyası bu gün bütün İslam ölkələrinin həmkarlığına ehtiyac duyur.

Əli Laricani bu gün Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransının açılış mərasimində ötən milad ilində İslam ölkələri üçün böyük problemlərin yarandığını bildirərək, söyləyib: Fələstin komitəsi amerikalıların yaratdıqları Qüds macərasından sonra təcili surətdə Tehranda iclas keçirdi. Bu göstərir ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin məclislərində bu məsələ qarşısında ciddi-cəhd mövcuddur.

Laricani ümidvarlıq edib ki, bu konfrans ölkələrin təhlükəsizliyini pozmuş terrorizm və hamının problemi olan Fələstin məsələsi barədə yaxşı nəticələr əldə edəcək.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri həmçinin iqtisadi inkişaf sahəsində İslam ölkələrinin daha artıq inteqrasiyası üzrə mexanizmlərin yaradılmasını vurğulayıb.

Laricani bildirib ki, islami insan haqları barədə də İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin konfransı yaxşı bəhslərə malik olub. O, deyib ki, İslam ölkələri islami insan haqları barədə güclü əsaslara malikdirlər.

Teqlər