Yan 16, 2018 20:13 Asia/Baku
  • İnqilab Rəhbəri: Amerikanın Qüds barədəki böyük qələti nəticəsiz qalacaq
    İnqilab Rəhbəri: Amerikanın Qüds barədəki böyük qələti nəticəsiz qalacaq

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın Qüds barədəki son addımını böyük qələt adlandırıb və deyiblər ki, onlar belə bir işi görə bilməyəcəklər və onların səyləri nəticəsiz qalacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında iştirak edən qonaqlarla görüşdə Fələstin məsələsinin İslam dünyası məsələlərinin önündə durduğunu bildirib və belə əlavə ediblər: Fələstin məsələsində üç hadisə- "ölkənin işğalı", "xalqın kütləvi və milyonluq sürgünü" və "böyük bəşəriyyət qırğını və cinayəti" hadisələri baş veribdir ki, bu zülmün tarixdə tayı yoxdur.

Həzrət Ayətullahuluzma Xamenei Fələstini müdafiə etməyi hamının vəzifəsi adlandırıb və belə vurğulayıblar: Belə təsəvvür edilməməlidir ki, sionist rejimlə mübarizənin faydası yoxdur, əksinə Allah-Taalanın izni və lütfkarlığı ilə sionist rejim qarşısında mübarizələr nəticə verəcək; necə ki, müqavimət cərəyanı ötən illərə nisbətən inkişaf edibdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra qeyd ediblər: Regionda amerikalılara kömək və sionist rejimlə həmkarlıq edən dövlətlər müsəlman qardaşlarla döyüşənə qədər birbaşa cinayətə qurşanmış olacaqlar; səudların gördükləri iş kimi.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, sionistlər bir gün "Nildən Fəratadək" şüarını verirdilər, amma hazırda özlərini qorumaq üçün divar çəkməyə məcbur olublar. 

O həzrət vurğulayıblar: Şübhəsiz, Fələstin "dənizdən çayadək" tarixi və məcmuəsidir və Qüds də onun paytaxtıdır və bu həqiqətə xələlin gəlməsi üçün heç bir imkan yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında Myanma və Kəşmir məsələlərinin qaldırılmasına, eyni zamanda bu iclasda son dərəcə mühüm Yəmən və Bəhreyn məsələlərinin qaldırılmamasına işarə edərək, əlavə ediblər: Yol vermək olmaz ki, başlıca olaraq sionistlər tərəfindən idarə olunan Qərbin təhlükəli təbliğat imperiyası İslam dünyasının mühüm məsələlərinə göz yummuş və sükut fitnəsilə İslam ümmətinin əsas məsələlərini məhv etmiş olsun.

Həzrət Ayətullahuluzma Xamenei İslam ölkələrinin qarşılıqlı əməkdaşlıqları vacibliyini vurğulayaraq, belə qeyd ediblər: İcazə vermək olmaz ki, yenə də əsas amillərinin amerikalılar və sionistlərin olduğu İslam dünyasında qan axıdılması, müharibə və ixtilaflar sionist rejim üçün əmin-aman bir haşiyə olmuş olsun.

Həzrət Ayətullahuluzma Xamenei  Amerikanın insan haqlarını himayə barədəki iddiasına toxunaraq, deyiblər: Bu gün Amerikada iş başında olan şəxs çox açıq-aşkar şəkildə bu ölkənin mövqelərini elan edir; əlbəttə, ondan qabaqkılar da həmin mövqeyə malik idilər, lakin onlar bu açıqlıqda elan etmirdilər və bu mövqenin bariz nümunəsi, onun insan haqlarına zidd hərəkətlərin nümunəsi olan Afrika, Latın Amerikası və digər irqlər barədəki son sözləridir. Buna görə, bu yalan iddiaları ifşa etmək gərəkdir.

Həzrət Ayətullahuluzma Xamenei Amerika dövlətinin qeyri-real iddialarından digər birisini terrorizm ilə mübarizə mövzusu adlandırıb və belə deyiblər: Həqiqətlərin bəyanı və bu iddiaların yalan olmasının ifşa edilməsi üçün cərəyan yaratmaq və elitanın və xalqın ümumi fikrini təsir altında qoymaq lazımdır. 

Teqlər