Yan 17, 2018 21:58 Asia/Baku

İranın "Sançi" neft tankerinin Çinin şərq sularında qəzaya uğraması nəticəsində həyatını itirən 32 ekipaj üzvünün xatirəsi Şanxayda və İranda anılıb.

Çin bu ölkənin şərq sahillərində suya qərq olan İranın “Sançi” neft tankerinin dəqiq yerinin müəyyən edilməsindən xəbər verib. Tankerin qalıqları 115 metr dərinlikdə aşkar edilib. İran rəsmiləri hadisə yerində araşdırmaların aparılması üçün tankerini batdığı yerə xüsusi tədqiqat qrupunun göndərilməsi üzrə lazımi tədbirlərin görülməsindən xəbər veriblər.

İranın Əmək, Kooperasiya və Sosial Təminat Nazirliyinin Əmək Təftişi Baş İdarəsinin müdiri isə hadisə qurbanlarının ailələrinin vəziyyətinə təcili diqqətin göstərilməsindən söz açıb.

Bu, Cənubi Koreyaya doğru səfər etməzdən öncə “Sançi” tankerinin son görüntüləridir.

Bu isə İRİB-nin Honq Konqun yük gəmisinə aid olan ilk görüntüləridir. Bu görüntülərdən, yük gəmisinin burun istiqamətindən İranın neft tankeri ilə toqquşduğu aydınlaşır. Və bu toqquşma nəticəsində “Sançi” güclü partlayışa, daha sonra isə sonunu gətirən yanğına məruz qalır.

Çinin Nəqliyyat Nazirliyi “Sançi” tankerinin sulara qərq olduğu dəqiq məkanın müəyyən edildiyini bildirərək, hazırda tankerin qalıqlarının suyun 115 metr dərinliyində olduğunu elan edib. Bu məlumata görə, tankerin vəziyyətinə aydınlıq gətirilməsi üçün sualtı robotların tankerin batdığı yerə göndərilməsi planlaşdırılır.

İranın Əmək, Kooperasiya və Sosial Təminat Nazirliyinin Əmək Təftişi Baş İdarəsinin müdiri isə hadisə qurbanlarının vəziyyətinə təcili diqqətin göstərilməsindən danışıb və onlar üçün dərhal aylıq məvacibin nəzərdə tutulacağını deyib.

Bu arada “Sançi” qurbanlarının xatirəsi Şanxaydan Tehrana qədər anılmaqdadır.

Çində yaşayan iranlılar, Şanxayda, İran konsulluğunda keçirilən xüsusi mərasimdə iştirak edərək, dənizçilərin xatirəsini yad ediblər. İranın daxilində də, xüsusilə Tehran və Kərəc şəhərlərində iranlı dənizçilər yad edilib. Bura Kərəcdir.  

Mərasim iştirakçıları deyir: “Gedişi mənim üçün böyük bir itki idi”

“Atam, qardaşı öləndə dənizdə idi. Anası da öləndə dənizdə idi. Atası öləndə də dənizdə idi.”

Bura isə Tehrandır. İdmançılar və incəsənət xadimləri də gəlmişdilər: “Bütün varlığım ilə sizə başsağlığı verirəm. Vətən sağ olsun. Həqiqətən böyük bir itki idi.”

“Bir zamanlar bu neft tankerlərindən biri üzərində səfər təcrübəm olub. Elə o zaman bunun təhlükəli iş olduğu qənaətinə gəlmişdim.”

Mərasimdə iştirak edən bir gəmi kapitanı isə “Sançi”nin keçdiyi yoldan yüzlərlə dəfə keçdiyini və çox sıx trafikə malik olan bir marşrut olduğunu dedi. “Çin dənizinə çatdığınız zaman, xüsusilə Tayvanı keçdikdən sonra, sanki dənizin ortasında qarşınıza bir şəhər çıxır. Dənizin üzəri balıqçılıq gəmisi ilə örtülür.”

Heç şübhəsiz yaxınlarını bu hadisədə itirənlərin kədəri sonsuzdur.

 

 

Teqlər