Təhlükəsizlik naziri: İrandakı misilsiz təhlükəsizlik bütün orqanlar arasındakı həmrəyliyin nəticəsidir
İran İslam Respublikasının təhlükəsizlik naziri İranda mövcud olan misilsiz təhlükəsizliyi dövlət orqanları arasındakı yekdillik və əməkdaşlığın nəticəsi adlandırıb və hakimiyyətin siyasi legitimliyi və sabitliyinin xalqın himayəsindən asılı olduğunu deyib.
Mahmud Ələvi şənbə günü İranın mərkəzində yerləşən İsfahan ostanı idarə şurasının iclasında deyib: Xalqın razılığını əldə etmək, ədaləti təmin etmək və təhlükəsizliyə zəmanət vermək İslam hökumətinin vəzifəsidir və xalqın razılığı xoş rəftar ilə əldə edilir.
İranın təhlükəsizlik naziri həmçinin deyib: İslam hökuməti sayəsində düşmənin təcavüzləri önlənilir və ölkədə davamlı təhlükəsizlik yaradılmış olur. Müsəlmanlar və müsəlman olmayanlar qayğısız həyat sürürlər.
Mahmud Ələvi əlavə edib: Düşmənlər İslam hökumətinə zərbə vurmaq ardıncadırlar. Bunun üçün də narazılıqların təhlükəsizlik məsələsinə çevrilməsini istəyirlər. Düşmənin bu səylərini zərərsizləşdirməyin yolu isə çatışmazlıqların aradan qaldırılması və problemlərin həll edilməsidir.
İranın təhlükəsizlik naziri həmçinin, İrandakı son iğtişaşlara işarə edib və deyib: İran xalqı İslam Respublikası quruluşuna ümid bəslədiyi üçün iğtişaşçılar ilə öz yolunu ayırdı. Amma, düşmənlər iğtişaşları şişirtməklə, iğtişaşların bütün ölkə boyunca yayılmasını istəyirdilər. Lakin, yaşanan hadisələrin sürətlə sonlandırılması İran İslam Respublikasının daha da güclənməsinə səbəb oldu.