General Cəzairi: Heç bir ölkənin İranın daxili işlərinə müdaxilə haqqı yoxdur
İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü deyib: Nə Fransa, nə də hansısa digər ölkənin İranın daxili məsələlərinə müdaxilə haqqı yoxdur.
İRİB-nin verdiyi məlumata görə, general Seyid Məsud Cəzairi çərşənbə günü İran İslam Respublikasının müdafiə və raket potensialı ilə bağlı danışıqların aparılması haqda səsləndirilən fikirlərə reaksiya olaraq deyib: İranın silahlı qüvvələri öncədən təyin edilmiş hədəf və məqsədlər çərçivəsində ölkənin müdafiə qüdrətinin hər gün daha da möhkəmləndirilməsi tapşırığına malikdir.
General Cəzairi əlavə edib: Düşmənlərin İslam İnqilabını hərbi müdaxilə ilə təhdid etdikləri bir şəraitdə İran öz müdafiə qüdrətinin artırılması proqramını fasiləsiz olaraq izləyəcək.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı mətbuat konfransında Parisin İran ilə nüvə anlaşmasına sadiq qaldığını bir daha vurğulayaraq, İranın müdafiə qüdrəti və raket potensialı barədə nigaranlıq edib.
Amerikalılar və müttəfiqləri İranın raket sınaqlarının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edirlər.
Avropa Bİrliyinin xarici siyasət üzrə ali nümayəndəsinin sözçüsü Nabila Massrali isə İranın raket sınaqlarının BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olmadığını vurğulayıb.