İnqilab Rəhbəri: Bugünkü nəslin gənclərinə ümidim öncəkilərdən daha çoxdur
Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin informasiya saytı bu gün İslam İnqilabının Böyük Rəhbərinin 2018-ci il yanvarın 16-da şəhid general Əli Yeylaqinin ailəsilə keçirilmiş görüşdəki bəyanatından nümunələr yayıbdır.
İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə bugünkü gənclərin inqilabın ilk nəsli ilə fərqinə toxunaraq, vurğulayıblar: Mənim, məqsədi və imanı düzgün olan təqdirdə, bugünkü gənclərə ümidim, inqilabın birinci nəslinə olan ümiddən çoxdur.
O həzrət belə qeyd ediblər: Birinci nəslin gənci emosiyalar və həyəcan üzündən iş görüb; onların əksəriyyəti emosiyalar üzündən gedərək, tam şücaətlə casusluq yuvasını aldı, amma sonradan gedib, amerikalılarla söhbət etdi və üzr istədi; bu, o məqsədin dərinliyinin az olmasından irəli gəlir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bugünkü gənclər nə etdiklərini bilirlər. Bunun bir nümunəsi, Höcəcinin özüdür və bu qəbildən yüzlər, bəlkə də minlərlə nümunə mövcuddur.
O həzrət müasir gənclərə xitabən deyiblər: Gələcək sizlərindir. Bu məmləkət sizlərindir. Bacardıqca özünüzü qurun, həm fikri cəhətdən, həm də iman cəhətdən qurun; Allah-Taala ilə ünsiyyət yaradın. Eləyə bilsəniz, bacardığınız qədər gecə namazı qılın; diqqətlə qılın, Quranı oxuyun.