Yan 27, 2018 17:26 Asia/Baku
  • İran İslam Respublikasının vitse-prezidenti
    İran İslam Respublikasının vitse-prezidenti

İran İslam Respublikasının vitse-prezidenti deyib: Gənc və gənclik məsələsi bütün dünya üçün prioritet və xüsusi əhəmiyyətli məsələdir. Elə buna görə, gənc və gəncliyi qənimət adlandırmaq lazımdır.

İshaq Cahangiri şənbə günü İranın cənubunda Şirazda İctimai Təşkilatlar Milli Assambleyasının toplantısında deyib: Neftə arxalanan iqtisadiyyat dövrü başa çatıb və iqtisadiyyatları gənclərin beyninə arxalanan uğur qazanmış ölkələr vardır.

İran İslam Respublikasının vitse-prezidenti bildirib: Özəl sektor və xarici investisiya İran iqtisadiyyatına daxil olmalıdır. İş yerlərinin yaradılmasının ən yaxşı yollarından biri elmtəməlli şirkətlər və virtual iqtisadiyyatdır.

İshaq Cahangiri həmçinin dində, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin sünnəsində, İranın mədəniyyət və sivilizasiyasında gənclərin yüksək yerinə toxunaraq deyib: Gənc nəsil İranın inkişafı üçün ən böyük qənimətdir və hökumət gənclər üçün bütün potensiallardan istifadə edir.

İran İslam Respublikası vitse-prezidenti İshaq Cahangiri şənbə günü səhər bir neçə abadlıq layihəsinin açılış mərasimində iştirak etmək məqsədilə Şiraza gedib.

Teqlər