Yan 29, 2018 10:21 Asia/Baku
  • Qasemi: İranın siyasəti daim regional sülh, sabitlik və təhlükəsizliyə kömək olubdur
    Qasemi: İranın siyasəti daim regional sülh, sabitlik və təhlükəsizliyə kömək olubdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının prinsipial, sabit və dəyişməz siyasəti daim regional sülh, sabitlik və təhlükəsizliyə kömək olubdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən gecə İordaniya kralının son sözlərinə və İran İslam Respublikasının regional siyasətləri barədə mövzular irəli sürməsinə toxunaraq, bu sözləri əksər region ölkələri və xalqlarının sabit təhlükəsizlik və sülhün bərqərarı üzrə istəkləri, həmçinin region reallıqları ilə təzadlı adlandırıb.

Bəhram Qasemi İranın regiondakı müdaxilələri və İran hilalı kimi iddialara toxunaraq, deyib: Bu cür ədalətsiz ifadələr İranın sabitlik yaradan rolu, eləcə də terrorizmlə mübarizə və təhlükəsizliyin yaradılmasına kömək üzrə ardıcıl səyini rədd edə və görməməzliyə vura bilməz.

Teqlər