İnqilab Rəhbəri: Amerikanın İŞİD-i Əfqanıstana köçürməkdə məqsədi, özünün regiondakı iştirakını əsaslandırmaqdır
İslam İnqilabının Böyük Rəhbəri Əfqanıstandakı son terror hücumlarında günahsız əhalinin qırğın edilməsindən dərin təəssüf ifadə edərək, deyiblər: Amerikanın İŞİD terrorçularını Əfqanıstana köçürməkdə məqsədi, özünün regiondakı iştirakının davam etməsini əsaslandırmaq və sionist rejim üçün təhlükəsizlik yaratmaqdır.
Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər xarici fiqh dərsinin əvvəlində İŞİD-in son aylarda Əfqanıstanda baş vermiş hadisələrdə yüzlərlə insanın terror edilməsini imzalamasına toxunaraq, söyləyiblər: İŞİD-i yaradaraq, onu Suriya və İraqda xalqa qarşı zülm və cinayət vasitəsi etmiş əllər bu gün həmin məntəqələrdə məğlub olduqdan sonra İŞİD-i Əfqanıstana köçürmək ardıncadırlar və son qırğınlar əsilndə həmin planın başlanğıcıdır.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Amerikanın himayə etdiyi terrorçular üçün şiə və sünninin fərqi yoxdur və şiə və sünni daxil olmaqla mülki əhali onların hədəfidir.
Həzrət Ayətullahuluzma Xamenei region ölkələrini özləri ilə məşğul etməyi amerikalıların birinci dərəcəli siyasəti adlandırıb və belə deyiblər: Amerika istəyir ki, bu region xoş gün görməsin və regiondakı dövlətlər və xalqlar özlərilə məşğul olsunlar ki, dünyanın zalım qüvvələrinin xəbis amili, yəni sionizm ilə mübarizə fikrinə düşməsinlər.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın əmin-amansızlıq yaratmaqdakı sonrakı hədəfini özünün regiondakı iştirakını əsaslandırmaq adlandırıb və belə əlavə ediblər: Amerikalıların özləri Əfqanıstandakı əmin-amansızlığın əsas amilidirlər və təqribən iyirmi il bundan öncə din adı altında bu regionda həyata keçirilmiş qırğınlar birbaşa və ya dolayısı ilə Amerikanın amilləri tərəfindən törədilib və hazırda da onlar istəyirlər ki, əmin-amansızlıq yaratmaqla öz iştiraklarını təmin etmiş və siyasi və iqtisadi hədəflərini həyata keçirmiş olsunlar.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Allah bu cür müsəlmanları qıran dünyanın zalım qüvvələrinə, onun amillərinə, xəbis və cinayətkar sionist rejimə və Amerikaya lənət etsin!