İran prezident aparatı hüdudlarındakı atışmanın detalları
Tehran valisinin hüquq-mühafizə məsələləri üzrə müavini İranın prezident aparatı hüdudlarındakı atışmanın detalları barədə deyib ki, bir şəxs prezident aparatının qapılarından keçmək istəyərkən bu orqanın mühafizə qüvvələrinin xəbərdarlığı ilə üzləşib.
Tehran valiliyinin hüquq-mühafizə məsələləri üzrə müavini Mohsen Həmədani əlavə edib: İranın prezident aparatının mühafizə məmurlarının atəşi ilə bu şəxs yolunu davam etdirməkdən qalaraq, bədən xəsarəti alıb.
Tehran valiliyinin hüquq-mühafizə məsələləri üzrə müavini vurğulayıb: Zədələnmiş şəxsin kimliyinin və hərəkətinin səbəbinin aydınlaşması üzrə səylər davam edir.
Bir gənc kişi bu gün səhər təhlükəsizlik qüvvələrinin xəbərdarlığına məhəl qoymadan Tehranda İran prezident administrasiyasının birinci yoxlama postundan keçib və sonra təhlükəsizlik qüvvələrinin xəbərdarlığına məhəl qoymadığına görə, prezident administrasiyasının ikinci yoxlama postunda atəşə tutulub.