İran İslam İnqilabının Qələbə Şənliyində 38 ölkənin mütəfəkkirləri və ziyalıları iştirak edəcəklər
İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədr əvəzi deyib: Dünyanın 38 ölkəsindən o cümlədən Amerika, Fransa, Yaponiya, Misir, Liviya, Hollandiya və Kanadadan olan mütəfəkkir və ziyalılar İran İslam İnqilabının Qələbə Şənliyində iştirak edəcəklər.
İRNA-nın məlumatına görə, İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədr əvəzi Nüsrətullah Lütfi çərşənbə günü mətbuat konfransında 22 Bəhmən üçün nəzərdə tutulmuş proqramları və yürüş üçün müəyyən edilmiş marşrutları açıqlayaraq, deyib: 6 mindən çox yerli və 250 xarici foto-reportyor, jurnalist və reportyor İran xalqının 22 Bəhmən yürüşünü işıqlandırmağa çalışacaq.
İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədr əvəzi Nüsrətullah Lütfi sadəcə Tehranda 2800 jurnalist, reportyor və foto-reportyorun İslam İnqilabının Qələbə Şənliyini işıqlandırmağa çalışacağını deyərək, vurğulayıb: Ölkə səviyyəsində 22 Bəhmən yürüşü üçün təyin edilmiş yollar boyunca 20 min mədəniyyət və incəsənət pavilyonu yaradılacaq.
İran İslam İnqilabı 11 fevral 1979-cu ildə İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında qələbə çaldı.
İran xalqı hər il İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə əzəmətli yürüş təşkil edərək, İran İslam Respublikasının dahi memarı İmam Xomeyni(r.ə)-in amalları və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə olan beyətini təzələyir.