Vilayəti: İran İslam İnqilabının bərəkəti ilə elmi inkişaf baxımından ən sürətli ölkələrdəndir
İran İslam İnqilabı Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikası İslam İnqilabının bərəkəti ilə dünyanın etibarlı mərkəzlərinin statistikasına əsasən elm və texnologiya inkişafı baxımından dünyanın ən sürətli ölkələri sırasındadır.
İRNA-nın məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti şənbə günü Tehranda Fəcr Ongünlüyü Şənliklərində iştirak edən xarici qonaqların həmrəylik konfransında İran İslam İnqilabının qələbəsinin 39 illiyi münasibəti ilə İran xalqı və dünya azadlıqsevərlərini təbrik edib və inqilabın əsasən xarici səhnə daxil olmaqla önəmli nailiyyətləri, dialoq, oyanış ideologiyası, müqavimət, anti-imperializm, islamın yeni islam sivilizasiyası perspektivlərinə daxil olmasından söz açıb.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İran İslam İnqilabı qərbin ideoloji və nəzəriyyə məktəblərini problemlə və imperialist quruluşu ağır xərclərlə üzləşdirib.