Fev 12, 2018 12:22 Asia/Baku
  • İran xalqının 22 bəhmən yürüşündəki qəhrəmanlığı dünya mediasında
    İran xalqının 22 bəhmən yürüşündəki qəhrəmanlığı dünya mediasında

İran xalqının 22 bəhmən yürüşündəki əzəmətli iştirakı dünya mediasında, xüsusilə ingilis dilli medialar və xəbər agentliklərində böyük rezonansa malik olub.

Röyters  İran İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü yürüşü barədə yazıb: Milyonlarla iranlı bazar günü 1979-cu il İslam İnqilabının qələbəsinin ildönümü gününü bayram edib, Amerika və İsraili təcavüzkar olaraq məhkum edib.

Röyters daha sonra İran İslam Respublikası prezidenti Həsən Ruhaninin 22 bəhmən yürüşü iştirakçıları qarşısındakı çıxışının bəzi hissələrinə işarə edib və  yazıb: Tehran öz raket proqramını durdurması üzrə Qərb tərəfindən edilən təzyiqlərə cavab olaraq, 2000 kilometrlik uçuş radiusuna malik olan "Qədr" ballistik raketini Tehranın mərkəzində, Vəliəsr prospektində nümayiş etdirib.

Yerusəlim Onlayn internet portalı da 22 bəhmən yürüşü ilə bağlı məlumatında yazıb: yüz minlərlə iranlı bazar günü səhər küçələrə axışaraq, İsrail və Amerika əleyhinə aksiyalar keçiriblər.

Tayms İsrail internet portalı da İran xalqının bu əzəmətli yürüşü barədə yazıb: Həsən Ruhani Tehranın Azadlıq meydanında yüz minlərin qarşısında İsrailin fitnələrini zərərsizləşdirmək üçün vəhdət ilinin formalaşmasını istəyib.

Amerikanın ABC Nyus informasiya kanalı, Asoşeyted Press, Faks Nyus telekanalları, Vaşinqton Post qəzeti, İsraildə çıxan Haaretz qəzeti, Çin xəbər agentliyi və digər beynəlxalq media vasitələri İran xalqının 22 bəhmən  yürüşündəki milyonluq iştirakını işıqlandırıb.

Teqlər