İnqilab Rəhbərinin Dəməşqdəki nümayəndəsi: Suriya xalqının İrana olan sevgisi əbədidir
https://azeri.sahartv.ir/news/İran-i295369-İnqilab_rəhbərinin_dəməşqdəki_nümayəndəsi_suriya_xalqının_İrana_olan_sevgisi_əbədidir
İslam İnqilabının Böyük Rəhbərinin Suriyadakı nümayəndəsi Suriya xalqının İran İslam Respublikasına böyük hörmət bəslədiyini deyərək, vurğulayıb: Bu sevgi İranın terrorizm ilə mübarizədə Suriyanı himayə etməsinin ardınca daha da artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2018 14:36 Asia/Baku
  • İnqilab Rəhbərinin Dəməşqdəki nümayəndəsi: Suriya xalqının İrana olan sevgisi əbədidir
    İnqilab Rəhbərinin Dəməşqdəki nümayəndəsi: Suriya xalqının İrana olan sevgisi əbədidir

İslam İnqilabının Böyük Rəhbərinin Suriyadakı nümayəndəsi Suriya xalqının İran İslam Respublikasına böyük hörmət bəslədiyini deyərək, vurğulayıb: Bu sevgi İranın terrorizm ilə mübarizədə Suriyanı himayə etməsinin ardınca daha da artıb.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid Əbülfəzl Təbatəbayi bazar ertəsi günü İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə təşkil edilmiş mərasimin kənarında deyib: Suriyada xalq tərəfindən İran İslam İnqilabının qələbə çalmasının ildönümü mərasimlərinin keçirilməsi onların İslam Respublikası quruluşuna olan sevgi və məhəbbətindən qaynaqlanır.

Ayətullah Təbatəbayi əlavə edib: Suriya rəsmiləri habelə, şiə və sünni alimlərin də iştirak etdiyi bu mərasim Suriya xalqının istəyi əsasında keçirilib.

İran İslam İnqilabı 11 fevral 1979-cu ildə İran İslam Respublikasınn banisi İmam Xomeyni(rə)-in rəhbərliyi ilə Pəhləvi rejimi üzərində qələbə çalıb.