İranın müdafiə naziri: Mokran sahillərində heç bir problem yoxdur
https://azeri.sahartv.ir/news/İran-i296855-İranın_müdafiə_naziri_mokran_sahillərində_heç_bir_problem_yoxdur
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran İslam Respublikası ordsu dəniz qüvvələri, Müdafiə Nazirliyi və digər qüvvələrin səyləri nəticəsində Mokran sahillərində heç bir problem yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2018 12:53 Asia/Baku
  • İranın müdafiə naziri: Məkran sahillərində heç bir problem yoxdur
    İranın müdafiə naziri: Məkran sahillərində heç bir problem yoxdur

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran İslam Respublikası ordsu dəniz qüvvələri, Müdafiə Nazirliyi və digər qüvvələrin səyləri nəticəsində Mokran sahillərində heç bir problem yoxdur.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bazar günü Mokran sahillərində keçirilən "İnvestisiya fürsətlərinin tanıtdırılması və davamlı inkişaf" adlı beynəlxalq konfransın kənarında jurnalistlər qarşısında deyib: Hazırkı təhlükəsizliyi nəzərə alaraq, yerli və xarici sərmayə sahibləri tam arxayınlıqla Mokran sahillərində investisiya qoya bilərlər.

"Mokran sahillərində investisiya fürsətləri və davamlı inkişaf" adlı 2-ci beynəlxalq seminar 37 ölkədən gəlmiş 350 şirkətin iştirakı ilə işə başlayıb. Bu seminar sabah da davam edəcək.

İranın müdafiə naziri Mokran sahillərində mövcud olan geniş potensiallara işarə edərək, deyib: Mokran sahilləri bir xəzinədir və müxtəlif potensiallara malikdir. Bu məntəqədə bir çox infrastruktu yaradılmaqdadır və gələcəkdə bu məntəqənin çiçəklənməsinin şahidi olacağıq.

Əmir Hatəmi neft-kimya sahəsində olan "Mokran Qaşı" adlı layihəni hazırda icra edilməkdə olan ən mühüm layihələrdən biri adlandırıb.