İran və Bosniya və Herseqovina xarici işlər nazirləri danışıqlar aparıblar
İran İslam Respublikası və Bosniya və Herseqovina xarici işlər nazirləri Sarayevoda bir araya gələrək müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsini müzakirə ediblər.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Bosniya və Herseqovina xarici işlər naziri İqor Srnadak cümə günü iki dəfə bir araya gələrək iki ölkənin müxtəlif siyasi, iqtisadi və mədəni münasibətlərinin son proseslərini araşdırıb və bütün sahələrdə əməkdaşlıqların inkişaf etdirilməsini vurğulayıblar.
İran xarici işlər naziri cümə axşamı günü Balkan və Şərqi Avropa ölkələrinə səfərinin son turunda yüksək səviyyəli heyətlə Bosniya və Herseqovina paytaxtı Sarayevoya daxil olub.
Zərif bundan öncə Serbiya, Bolqarıstan və Xorvatiyaya səfər edərək bu ölkə rəsmiləri ilə görüşüb və ikitərəfli münasibətlər və regional və beynəlxalq məsələlər haqda danışıqlar aparıb.