Zərif Avropa rəsmilərinin ABŞ-dan təsir almasını qınayıb
İran İslam Respublikası xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası ilə əlaqədar Avropa rəsmilərinin bəzi davranışları və açıqlamaları, eləcə də amerikalılardan təzyiq almalarını tənqid edib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda Fransa xarici işlər naziri Jan Yves Le Drianla görüşdə deyib: Nüvə anlaşması çoxtərəfli anlaşma və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın bu anlaşmaya sadiq qalmasına dair 10 hesabatına malik olmasına baxmayaraq, hazırda amerikalıların məntiqsiz oyunları və siyasi oyuncaqları ilə üzləşib.
İran xarici işlər naziri bildirib: Avropa öz öhdəliklərini tam icra etməklə yanaşı Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası ilə bağlı ABŞ-a təzyiq göstərməli və Birləşmiş Ştatların maneələrinə baxmayaraq məntiqsiz və qeyri-hüquqi tələblər irəli sürməsinə icazə verməməlidir.
O həmçinin region böhranlarının həlli üçün İranın səyləri və təkliflərinə toxunub və əlavə edib: Avropa doğrudan da regionda insan faciələrinə son qoymaq ardıncadırsa, İRanla fikir mübadiləsindən istifadə edə bilər. Amma məqsəd təbliğat və ya ABŞ-ı razı salmaqdırsa, İran bu oyuna girməyəcək.
İran xarici işlər naziri İslam Respublikasının raket proqramının Nüvə Anlaşması, hətta BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən kənar olduğunu bildirib və deyib: Regionu silah satışı ilə barıt anbarına çevirən ABŞ və digər ölkələr bu hərəkətlərə son qoymalıdırlar.
Zərif əlavə edib: İranın raket qüdrəti ölkəni müdafiə etmək və önləyicilik üçündür. İran öz vətəndaşlarını qorumaq üçün önləyici qüdrətinə arxalanıb.
Fransa xarici işlər naziri Jan Yves Le Drian da bu görüşdə deyib: Fransa Nüvə Anlaşmasının icrası üçün çoxlu və geniş praktiki addımlar atıb. O cümlədən İranın avtomobilqayırma və enerji sektorunda investisiya yatırmağa, İranda birgə layihələrdə ticarət və investisiya əməkdaşlığına xüsusi önəm verir.
Le Drian həmçinin Fransanın İranla möhkəm və dostluq münasibətlərinin davam etməsi üzrə iradəsinə toxunub və deyib: Avropa, xüsusilə də Fransa ABŞ-ın təzyiqlərinə rəğmən nüvə anlaşmasının icrasına sadiq və maraqlıdır.