Mart 06, 2018 15:05 Asia/Baku
  • İnqilab Rəhbəri: Rəsmilər şəhərlərdəki mövcud ağac və bağların məhv olmasına mane olmalıdırlar
    İnqilab Rəhbəri: Rəsmilər şəhərlərdəki mövcud ağac və bağların məhv olmasına mane olmalıdırlar

İslam İnqilabının Böyük Rəhbəri Ağac Əkmə Günü və Təbiət Ehtiyatları Həftəsi münasibəti ilə bir meyvə ağacı əkiblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə axşamı günü Ağac Əkmə Gününü mübarək adət-ənənə adlandırıb və eko-sistemin qorunmasında bitkilər, meşələr və yaylaqların əhəmiyyəti və bərəkətinə, ətraf mühitin gözəlləşməsi və mənzərəli olması, bəşəriyyət üçün faydalı məhsulların istehsalına toxunaraq rəsmilərə xitabən deyiblər: Tehranda bağlar və yaşıllıqlar mövcuddur. Bəziləri onlara qarşı müxtəlif fəndlərə əl atmağa çalışır. Lakin şəhər həyatı və asayişinə zərbə olan bu işin qarşısı alınmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri əlaqədar orqanlar, o cümlədən Kənd Təsərrüfatı və Energetika Nazirliyinin rəsmilərinin ağac əkmək və yaşıllıqların yaradılması istiqamətində suvarma məsələsini ciddiyə almalarını istəyib və deyiblər: Bu siyasətin icrası qum tufanı və sellərin baş verməsinə mane olan amillərdən ola bilər.

Teqlər