İnqilab Rəhbəri son Tehran iğtişaşları şəhidlərindən birinin evində olublar
https://azeri.sahartv.ir/news/İran-i297833-İnqilab_rəhbəri_son_tehran_iğtişaşları_şəhidlərindən_birinin_evində_olublar
İslam İnqilabının Böyük RƏhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı Tehrandakı son iğtişaşlar zamanı şəhid edilən Məhəmməd Hüseyn Həddadiyanın mənzilində olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 06:28 Asia/Baku
  • İnqilab Rəhbəri son Tehran iğtişaşları şəhidlərindən birinin evində olublar

İslam İnqilabının Böyük RƏhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı Tehrandakı son iğtişaşlar zamanı şəhid edilən Məhəmməd Hüseyn Həddadiyanın mənzilində olublar.

İnqilab Rəhbərinin bu şəhidin mənzilinə baş çəkməsi ilə bağlı ətraflı məlumat daha sonra təqdim ediləcək. 

19 fevral 2018-ci il tarixində bir qrup təxribatçı Tehranın Pasdaran xiyabanında iğtişaş törətməyə çalışmışdı. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin Tehranın Pasdaran xiyabanında asayişi bərqərar etməyə çalışdığı zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarından olan 3 nəfər həmçinin, 2 bəsici o cümlədən Məhəmməd Hüseyn Həddadiyan şəhid olublar. 

İranın hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı bir iğtişaşçının idarə etdiyi avtobus ilə vurularaq, şəhid edilmişdi. 

Məhəmməd Hüseyn Həddadiyan isə bir iğtişaşçının idarə etdiyi şəxsi avtomobil ilə vurularaq, şəhid edilmişdi. 

Başqa bir bəsici də iğtişaşçılar tərəfindən bıçaq zərbələri ilə şəhid edilmişdi. 

İctimai asayişi pozanların bu vəhşiliyi Pasdaran xiyabanında bir çox avtomobilə zərər və ziyanın dəyməsinə də səbəb olmuşdu. 

İctimai sayişi pozanlar özlərini Günabad dərvişləri adlandırırlar.