Zərif: Qadınlar zorakılıq əleyhinə hərəkətə daha artıq rəhbərlik səlahiyyətinə malikdirlər
İran İslam Respublikasının xarici işlər naziri qadınların dünyada zorakılıq əleyhinə hərəkətə daha artıq rəhbərlik səlahiyyətinə malik olduqlarını deyib.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri öz Tvitter hesabında paylaşdığı yazıda "qadınlar günü"nü təbrik edərək, prezident administrasiyasının qadın və ailə məsələləri baş idarəsi tərəfindən davamlı sülh və təhlükəsizlik mövzusunda təşkil edilmiş beynəlxalq konfransda həyat yoldaşı ilə birlikdə iştirak etdiyinə görə fəxr etdiyini bildirib.
"Davamlı Sülh və Təhlükəsizlik" beynəlxalq konfransı cümə axşamı İranın Prezident Administrasiyasının Qadın və Ailə Məsələləri Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib. Konfransın sonunda yekun bəyanat qəbul edilib.
Bu iclasda Livan, Banqladeş, Əfqanıstan, İndoneziya, Pakistan və Hindistandan gəlmiş qadın aktivistlər iştirak ediblər.
Davamlı sülh və təhlükəsizlikdə cinsi tarazlıq, silahlı toqquşmaların qadınlar üzərindəki mənfi təsirləri, sülh prosesində qadınların rolu, davamlı inkişaf və ekologiyanın mühafizəsində qadınların rolu bu bir günlük beynəlxalq iclasın əsas müzakirə mövzuları olub.