Mart 11, 2018 12:33 Asia/Baku
  • İranın baş prokuroru: İranın Londondakı səfirliyini mühafizə İngiltərə polisinin öhdəsinədir
    İranın baş prokuroru: İranın Londondakı səfirliyini mühafizə İngiltərə polisinin öhdəsinədir

İranın baş prokuroru deyib: İranın Londondakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsinə görə İngiltərə polisi məsuliyyət daşıyır. Amma, İran səfirliyinə edilən hücumda London polisi baş verənləri kənardan izləməklə kifayətlənib.

Özünü "Şirazi firqəsi"nin tərəfdarları kimi təqdim edən bir qrup cümə günü axşam saatlarında İranın Londondakı səfirliyinə hücum ediblər. "Şirazi firqəsi"nə hazırda Sadiq Şirazi adlı şəxs başçılıq edir. "Şirazi firqəsi" sünnilərin müqəddəs bildiklərinə də hörmətsizlik edir.

İranın baş prokuroru höccətülislam vəlmüslimin Məhəmməd Cəfər Müntəziri şənbə günü axşam İranın ikinci telekanalına verdiyi müsahibədə İranın Londondakı səfirliyinə hücum edənlərin Britaniya hökumətinin himayəsi altında olan şəxslər olduğunu deyib və əlavə edib: "Şirazi firqəsi" illərdir ki, İran və bəzi qonşu ölkələrdə fəaliyyət göstərir. Bu firqə proqramlaşdırılmış formada axmaq hərəkətlər həyata keçirir. Bu da islam məzhəbləri arasında ixtiafa səbəb olub.

İranın baş prokuroru əlavə edib: Bu firqənin əsas mərkəzi İngiltərədə yerləşir. Bu firqənin telekanalları və internet portallarının fəaliyyətləri İslam dünyası üçün mənfi təsirlərə malikdir.

Müntəziri müsəlmanlar arasında təfriqə xarakterli fitnə planlarının dəqiq hesablamalar əsasında davam etdirildiyini bildirərək, əlavə edib: İranın Londondakı səfirliyinə hücumun edilməsi və İran bayrağının aşağı endirilməsi İrana edilən hörmətsizlikdir və Britaniya bu hadisənin qarşısını almağa borclu idi.

İranın baş prokuroru həmçinin deyib: Bu kimi hərəkətlər ilə Şirazi firqəsinin Britaniyadan asılı bir firqə olduğu bir daha ortaya çıxıb və Britaniya hökumətinin İran səfirliyinə hücum edənləri sərbəst braxması beynəlxalq qanunlara zidd hərəkətdir.

Teqlər