İranın Vyanadakı səfirinin iqamətgahına hücum edilib
Avstriya polisi bir şəxsin bıçaq ilə İranın Vyanadakı səfirinin iqamətgahında yerləşən polis məmuruna hücum etməsindən xəbər verib.
Avstriya polisinin sözçüsü Herald Muezer bildirib ki, bu hücum bazar günü axşamçağı İran səfirinin iqamətgahının yaxınlığında baş verib və 26 yaşlı avstriyalı hücumçu şəxs polisin atəşi ilə öldürülübdür.
Muezer əlavə edib: İranın Vyanadakı səfirinin iqamətgahında yerləşən polis məmuru hücumçu şəxs ilə mübarizə üçün öncə istiot spreyindən istifadə edib, sonra isə atəş açmağa məcbur olubdur.
Avstriya polisinin sözçüsü söyləyib: İlikn müşahidələrə əsasən, İranın Vyanadakı səfirinin iqamətgahında yerləşən polis məmuru qanun əsasında hərəkət edibdir.
Hazırda polis göstəriş veribdir ki, Vyana şəhərindəki bütün səfirliklərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilsin.
Hələ hücumçu şəxsin ehtimal olunan məqsədi daxil olmaqla artıq detallar yayılmayıbdır.