İran və Pakistanın xi nazirləri əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar
İran və Pakistanın xarici işlər nazirləri siyasi və iqtisadi əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İslamabadda Pakistanın xarici işlər naziri Xacə Muhəmməd Asəf ilə görüşdə deyib: İran və Pakistanın müştərək sərhədələrə malik iki dost və qonşu ölkə kimi iki ölkə sərhədlərinin təhlükəsizliyinə zəmanət və terrorçuların əməliyyatlarının qarşısının alınması sahəsində güclü həmkarlığa malik olmaları zərurət daşıyır.
Xacə Muhəmməd Asəf də İranın xarici işlər nazirini səmimi surətdə qarşılayaraq, qarşılıqlı siyasi və xüsusən iqtisadi münasibətlərin yüksəldilməsini zəruri adlandırıb və bildirib ki, Pakistan müxtəlif siyasi və iqtisadi sahələrdə İranla əməkdaşlığa hazırdır.
Zərif və Asəf həmçinin Əfqanıstanda sülh prosesinə kömək ilə bağlı müxtəlif sahələrdə həmkarlıqların genişləndirilməsi, sərhəd bazarlarının inkişaf etdirilməsi, İslam dünyası və dünya məsələləri, İran tərəfindən İmam Rza(ə)-ın pakistanlı zəvvarları üçün daha artıq imkanın yaradılması, regionda sülhün yaradılması, terrorizm, ekstremist qruplar və narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə ətrafında fikir mübadiləsi aparıblar.
İran və Pakistanın xarici işlər nazirləri nahar ziyafətində də Əfqanıstan məsələsi daxil olmaqla regional mövzular haqda danışıblar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistan rəsmiləriə görüş məqsədilə bazar günü axşamçağı bu ölkəyə səfər edibdir.