Zərif və Pakistanın daxili işlər naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i298391-zərif_və_pakistanın_daxili_işlər_naziri_ikitərəfli_əlaqələrin_inkişafını_vurğulayıblar
İran İslam Respublikasının xarici işlər naziri və Pakistanın daxili işlər naziri iki ölkə münasibətlərinin inkişafı barədə məşvərət aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2018 16:52 Asia/Baku
  • Zərif və Pakistanın daxili işlər naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar
    Zərif və Pakistanın daxili işlər naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

İran İslam Respublikasının xarici işlər naziri və Pakistanın daxili işlər naziri iki ölkə münasibətlərinin inkişafı barədə məşvərət aparıblar.

Məhəmməd Cavad Zərif bu gün İslamabadda Pakistanın daxili işlər naziri Əhsən İqbal ilə görüşüb. Tərəflər bu görüşdə iki ölkənin tarixi və mədəni bağlılıqlarına işarə edərək, qarşılıqlı münasibətlərin gücləndirilməsini vurğulayıblar.

İranın xarici işlər naziri və Pakistanın daxili işlər naziri həmçinin bu görüşdə sərhədlərin qorunması və təhlükəsizlik mövzuları barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, iki ölkə arasındakı təhlükəsizlik komitələrinin fəaliyyəti artırılsın.

İki ölkə arasında konsulluq həmkarlıqlarının artırılmasına təkid, İranın xarici işlər naziri və Pakistanın daxili işlər naziri arasındakı danışıqların digər mehvərlərindən olubdur.

İranın xarici işlər naziri həmçinin İran və Pakistan arasında əlaqələrin qurulmasının yetmişinci ildönümü mərasimində çıxış edibdir.