Zərif Pakistan Milli Məclisinin sədri ilə məşvərət aparıb
İran İslam Respublikasının xarici işlər naziri Pakistan Milli Məclisinin sədri ilə görüşərək, onunla ikitərəfli əlaqələrin genişləndirilməsi haqda danışıb.
Məhəmməd Cavad Zərif dünən İslamabadda Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiq ilə görüşdə ikitərəfli münasibətlərin xüsusilə parlament sahəsində inkişaf etdirilməsini vurğulayıb.
Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiq də bu görüşdə iki ölkənin son dərəcə səmimi və yaxın əlaqələrinə toxunaraq, bildirib ki, İran təkcə qonşu bir ölkə deyildir, həm də Pakistana qardaş və dost bir ölkədir.
İran İslam Respublikasının xarici işlər naziri Pakistan rəsmilərilə görüş məqsədilə bazar günü gecə İslamabada daxil olub və Pakistanın baş naziri Şahid Xaqan Abbasi, xarici işlər naziri Xacə Muhəmməd Asəf və daxili işlər naziri Əhsən İqbal ilə görüşüb. İranın xarici işlər naziri həmçinin İran və Pakistan arasında əlaqələrin qurulmasının yetmişinci ildönümü mərasimində və iki ölkənin ticarət konfransında çıxış edibdir.