Zərif: Qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyi İranın təhlükəsizliyidir
https://azeri.sahartv.ir/news/İran-i298477-zərif_qonşu_ölkələrin_və_bölgənin_təhlükəsizliyi_və_sabitliyi_İranın_təhlükəsizliyidir
İran xarici işlər naziri qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyinin İran İslam Respublikasının təhlükəsizliyi və sabitliyi ilə eyni olduğunu söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2018 08:51 Asia/Baku
  • Zərif: Qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyi İranın təhlükəsizliyidir
    Zərif: Qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyi İranın təhlükəsizliyidir

İran xarici işlər naziri qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyinin İran İslam Respublikasının təhlükəsizliyi və sabitliyi ilə eyni olduğunu söyləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü regionda təhlükəsizlik və sabitliyin vacibliyi barədə Pakistan mətbuatına verdiyi müsahibəsində İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr haqda belə deyib: Səudlar elə zənn edirlər ki,  əgər dünya səudiyyə rejiminin İran tərəfindən təhdid edilməsini düşünərsə, onların xeyrinə olacaqdır.

Zərif İran İslam Respublikasının Səudiyyə Ərəbistanının bölgənin bir hissəsi olması və bölgədəki olayalardan ayrı saxlanılmaması qənaətində olduğunu vurğulayıb.

İran xarici işlər naziri ABŞ-ın nüvə anlaşmasının icrasındakı sədaqətsizlikləri barədə belə deyib: İranın Qərblə nüvə anlaşması beynəlxalq bir anlaşmadır və əgər ABŞ-ın prezidenti Donald Tramp müqaviləni pozmaq istəyərsə, mütləq bu ölkənin özü dünyada təcrid olunacaqdır.