Mart 14, 2018 18:11 Asia/Baku
  • Rəhmani Fəzli: Beynəlxalq qurumlar narkotiklərlə mübarizəyə ciddi yanaşmırlar

İran İslam Respublikasının narkotiklərlə mübarizə qərargahının baş katibi deyib: İİR Birləşmiş Millətlər Təşkilatının və bu təşkilatın narkotiklər və mütəşəkkil cinayətlərlə mübarizə ofisinin layihələrində fəal iştiraka malik olub amma beynəlxalq qurumlar öz öhdəliklərini yerinə yetirməkdə səhlənkarlığa yol verirlər.

Əbdürriza Rəhmani Fəzli bu gün Vyanada BMT-nin narkotiklərlə mübarizə komissiyasının 61-ci iclasının kənarında narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə öncül ölkələrə beynəlxalq yardımların siyasiləşdiyini bildirərək deyib: BMT və onun narkotiklərlə və mütəşəkkil cinayətlərlə mübarizə ofisi, bu sahədə didgər ölkələrə yardım etməlidirlər. 

İranın narkotiklərlə mübarizə qərargahının baş katibi və İİR-nın daxili işlər naziri deyib: Bu yardımlar narkotik aşkar edən itlərin, X şüaları aparatlarının və informasiyanın mübadiləsi sahələrini əhatə edə bilər, amma beynəlxalq qurumlar keçmişdə İrana qarşı sanksiyaları bəhanə edərək bu sahədə İrana yardım etməkdən çəkinirdilər. 

Rəhmani Fəzli deyib: Onların bu kimi hərəkətləri göstərir ki, bu sahədəki qərarlar bəzi müdaxilələr, yaxud səhv analizlər və siyasi baxışlar əsasında reallaşır amma narkotiklərlə mübarizədə siyasi baxışa, ayrı-seçkiliyə yol verilməməlidir. 

BMT-nin narkotiklərlə mübarizə komissiyasının 61-ci iclası 12 martda öz işinə başlayıb və 5 gün müddətində davam edəcək. 

Teqlər