Mart 18, 2018 17:12 Asia/Baku
  • İran Avropa tərəfindən hərhansı sanksiyaya ciddi reaksiya verəcək
    İran Avropa tərəfindən hərhansı sanksiyaya ciddi reaksiya verəcək

İran İslam Respublikası prezident aparatının rəhbəri deyib: İran Avropa tərəfindən hərhansı təzyiq və sanksiyaya qarşı reaksiya göstərəcək.

Almaniya, Fransa və Britaniya ABŞ prezidenti Donald Trampı İranla 5+1 qrupu arasında imzalanmış nüvə sazişində qalmağa təşviq etmək iddiası ilə Avropa Birliyinə İrana qarşı yeni sanksiyalar tətbiq etməsini təklif ediblər. Bu təklifə görə, İranın raket proqramı və İranın Suriyadakı fəaliyyətləri ilə əlaqədar şəxslərə sanksiyalar tətbiq ediləcək. 

İİR prezident aparatının rəhbəri Mahmud Vaizi bu gün müxbirlərə İrana qarşı Avropa ölkələri tərəfindən sanksiya tətbiq olunması mövzusuna münasibət bildirərkən deyib: Avropalılar Amerikaya qarşı Əhatəli Müştərək Təşəbbüs Proqramını qorumağa çalışırlar amma bu səylər yeni sanksiyalar vasitəsi ilə İrana qarşı təzyiqlərə gətirib-çıxaracaqsa İran buna reaksiya verəcək. 

Teqlər