Mart 22, 2018 20:49 Asia/Baku
  • Tehran Aşqabaddan izahat istədi
    Tehran Aşqabaddan izahat istədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran Türkmənistanın sərhəd qüvvələrinin iranlı balıqçılara atəş açmalarına rəsmən etirazını bildirib və bu barədə izahatın verilməsini istəyib.

İranın şimalında Türkmən limanının balıqçılarından ibarət dörd nəfərlik bir qrup çərşənbə axşamı gecə balıq tutmaq üçün Xəzər dənizinə girib. İranlı balıqçılar İran-Türkmənistan sərhəd sularına daxil olduqda Türkmənistan əsgəglərinin atəşi ilə hədəfə alınıblar. Hadisədə iranlı balıqçılardan iki nəfər ölüb və iki nəfər isə Türkmənistan sərhəd qoşunları tərəfindən saxlanılıb. 

Bəhram Qasimi bu gün deyib: Bu hadisədən dərhal sonra İİR XİN və İİR-in Aşqabaddakı səfirliyi Türkmənistan rəsmiləri ilə əlaqə yaradaraq bu hadisə barədə izahat tələb ediblər və rəsmi notada Türkmənistanhökumətinin hadisə barədə izahat verməsi və bu barədə araşdırmaların aparılmasını istəyiblər. 

İİR XİN sözçüsü Türkmənistanın sərhəd qoşunlarının hərəkətini qınayaraq deyib: İranlı balıqçılar Türkmənistan sularına yaxınlaşmış olsalar belə beynəlxalq normalara görə Türkmənistan sərhəd qüvvələri onları uzaqlaşdıra bilərdilər. 

Qasimi deyib: İran ilə Türkmənistan arasında dostluq əlaqələrini nəzərə alaraq bu hadisənin necə baş verməsinin aydınlaşdırılacağına ümid edirik. 

Teqlər