General Rezayi: İranın quru və su sərhədləri yüksək təhlükəsizliyə malikdirlər
İrann hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı deyib: İran sərhədçilərinin ardıcıl və yorulmaz səyləri ilə ölkənin quru və su sərhədləri yüksək təhlükəsizliyə malikdirlər.
General-mayor pasdar Qasem Rezayi dünən İranın Xuzistan vilayətinin qərb sərhəd məntəqələrindən baxış keçirərkən həmçinin deyib: İranda novruz tətillləri ilə bir zamanda dəqiq sərhəd nəzarəti məqsədilə novruz qərargahı yaradılıbdır ki, iranlılar və turistlər arxayınlıqla sərhəd turizm məntəqələrində, xüsusən sahil və dəniz sərhəd məntəqələrində gediş-gəliş edərək, sərhəd qoşunlarının imkanlarından istifadə etsinlər.
İrann hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı əlavə edib: Xuzistan vilayətindəki müqəddəs müdafiə xatirə məntəqələri də novruz müsafirləri və "nur müsafirləri" karvanlarını qarşılamaq və onlara xidmət göstərmək üçün hazırdır.
Müqəddəs müdafiənin başa çatmasından sonra xalqın istəyilə bir ənənə yarandı ki, müharibə məkanlarından baxışkeçirmə "nur müsafirləri" adı altında formalaşdı.
Hər il milyonlarla nəfər, o sıradan minlərlə xarici turist "nur müsafirləri" karvanları formasında İranın qərbi və cənubundakı xatirə məkanlarından, o sıradan möhtərəm şəhidlərin xatirə məkanlarından baxış keçirir.