İran və Türkmənistanın birgə bəyanatı \ Əməkdaşlıqların genişləndirilməsinə təkid edildi
İran İslam Respublikası və Türkmənistan prezidentləri bu gün Aşqabadda baş tutan ikitərəfli müzakirələrin sonunda birgə bəyanat yayaraq, Tehran və Aşqabadın əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində qətiyyətli olduğunu vurğulayıblar.
İran və Türkmənistan prezidentlərinin birgə bəyanatında deyilir: İran İslam Respublikası və Türkmənistan prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsi çərçivəsində siyasi məsləhətləşmələrin artırılmasına, BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər.
İran və Türkmənistan prezidentləri həmçinin, Xəzər dənizi ilə bağlı məsələlər haqda məsləhətləşmələrin davam etdirilməsinə təkid edərək, İran və Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun ikitərəfli əlaqələrin inkişafındakı rolunu önəmli adlandırıblar.
Prezidentlər İran, Türkmənistan və Qazaxıstan arasındakı üçtərəfli dəmir yolu layihəsinin istifadəyə verilməsinə işarə edərək, beynəlxalq nəqliyyat marşrutu ilə bağlı İran, Türkmənistan, Özbəkistan və Oman arasındakı anlaşmanın icrasını xeyli önəmli adlandırıb və Qazaxıstan ilə Hindistanın bu layihəyə qoşulmasını müsbət dəyərləndiriblər.
İran və Türkmənistan prezidentləri daha sonra Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi prosesinə dəstək verməyə hazır olduqlarını elan edərək, Əfqanıstanın təhlükəsiz və inkişaf etmiş bir ölkəyə çevrilməsini hər iki ölkənin arzusu adlandırıb və Əfqanıstan xalqının seçiminə hörmətlə yanaşdıqlarını vurğulayıblar.
İran və Türkmənistan prezidentləri həmçinin, regionda ifratçılıq və terrorizmin genişlənməsindən nigaranlıq edərək, bunu beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid hesab adlandırıblar.
Prezidentlər daha sonra narkotik maddələrin qaçaq edilməsi və qanunsuz silah ticarəti ilə mübarizə aparmaq üçün birgə əməkdaşlığa təkid edərək, mütəşəkkil cinayətkarlıq, insan alveri və qanunsuz mühacirət ilə mübarizədə regional və beynəlxalq əməkdaşlığın önəmini vurğulayıblar.