Sepahın baş komandan əvəzi: İran region və dünyanın qüdrət qütbünə çevrilib
https://azeri.sahartv.ir/news/İran-i300258-sepahın_baş_komandan_əvəzi_İran_region_və_dünyanın_qüdrət_qütbünə_çevrilib
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi deyib: İran xalqı sanksiyalardan dörd dekada sonra hələ də öz ayaqları üzərində durub və düşmənlərlə mübarizə aparır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2018 07:02 Asia/Baku
  • Sepahın baş komandan əvəzi: İran region və dünyanın qüdrət qütbünə çevrilib
    Sepahın baş komandan əvəzi: İran region və dünyanın qüdrət qütbünə çevrilib

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi deyib: İran xalqı sanksiyalardan dörd dekada sonra hələ də öz ayaqları üzərində durub və düşmənlərlə mübarizə aparır.

İSNA-nın məlumatına görə, general Hüseyn Salami İslam və İslam İnqilabını müdafiənin Allaha təvəkkürl və Allah düşmənləri qarşısında müqavimət sayəsində mümkünlüyünü bildirib və deyib: İran xalqı inkişaf və irəliləyiş yolunda addım atmağı qərara alıb. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi İranın yerli nüvə nailiyyətləri ilə ABŞ və Avropanın qarşılaşmasını İran xalqı ilə düşmənçiliyin nişanəsi adlandırıb və bildirib: İran İslam Respublikası bu gün Vilayət Fəqihin izzətli və güclü dəstəyi ilə imperializm qarşısında dayanıb və region və dünyanın qüdrət qütbünə çevrilib. 

General Salami İran İslam İnqilabının tövhid və iman qüdrətinə arxalandığını bildirib və xatırladıb: İran İslam İnqilabını öz müstəmləkəçilik və imperialist məqsədləri qarşısında maneə görən dünya imperializmi Səddamın başçılığı ilə İran xalqı əleyhinə 8 illik müharibəni yaratdı. Lakin İran xalqı və şəhidlərinin qəhrəmanlığı ilə məğlub oldular və İran torpağından qovuldular.