Mart 31, 2018 11:56 Asia/Baku
  • İranda mövlud şənlikləri
    İranda mövlud şənlikləri

İmam Əli(ə)-ın mövlud günü münasibəti ilə Məşhəd şəhərində yerləşən İmam Rza(ə)-ın məqbərəsi çıraqban edilib.

Bu gün 13 rəcəb 1439-cu hicri qəməri ili, 31 mart 2018-ci il şiələrin birinci imamı həzrət Əli(ə)-ın mövlud günüdür. 

İmam Rza(ə) ziyarətgah kompleksi dünən gecə və bu gün İmam Əli(ə)-ın mövlud günü münasibətilə çıraqban edilib. Bu günü bayram etmək üçün çoxlu sayda zəvvar İmam Rzanın(ə) məqbərəsinə axın edib. 

İmam Rza(ə) ziyarətgah kompleksi üzərinə İmam Əlinin(ə) adları yazılmış parçalarla bəzədilib.

Cümə günü axşam da İmam Əlinin(ə) mövluduna özəl xüsusi mərasimlər keçirilib. Şənlik mərasimləri axşam namazından sonra başlanıb. 

Teqlər