Mart 31, 2018 18:55 Asia/Baku
  • İranın Hüquq-Mühafizə Qüvvələri Respublika Günü münasibətilə bəyanat yayıb
    İranın Hüquq-Mühafizə Qüvvələri Respublika Günü münasibətilə bəyanat yayıb

İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələri 12 fərvərdin(1 Aprel) münasibəti ilə bəyanat yayaraq, İran İslam Respublikası quruluşunu dini demokratiya və vilayəte-fəqihə əsaslanan bir quruluş olaraq bəşəriyyəti səadətə yönləndirəcək uğurlu bir model adlandırıb.

İran xalqı 39 il öncə, 1358-ci günəş ili fərvərdin ayının 12-də (1 Aprel 1979) bir referendumda iştirak edərək, İslam Respublikasının lehinə səs verdi. Bununla da 12 fərvərdin İran tarixində İslam Respublikası günü olaraq yadd aqaldı. 

İranın Hüquq Mühafizə Qüvvələri İslam Respublikası günü münasibəti ilə bir bəyanat yayaraq, bildirib: 12 fərvərdin məzlumların zalımlar üzərində qələbəsinin, İslam İnqilabının dayaqlarının möhkəmlənməsinin, ədalət hökumətinin gerçəkləşməsinin və ədalət oxu əsasında bir hökumətin formalaşmasının, İran İslam Respublikasının beynəlxalq siyasət arenasında zahir olmasının, yeni, zəngin və ümidverici bir dialoq ilə gündəmə gəlməsinin və məzlumlar üçün bir ümid çırağına çevrilməsinin ildönümü günüdür. 

Bəyanatda həmçinin deyilir: İran İslam Respublikası zorakılıq ilə mübarizə, ədalətsevərlik, mənəviyyat ardınca olmaq və müstəqillik kimi üstün keyfiyyətlərə malik olmaqla haqqın batil üzərindəki qələbəsi ilə bağlı ilahi vədin gerçəkləşməsinin simvoluna çevrildi. 

Teqlər