Qasimi: Dünyanın hər bir yerində kimyəvi silahdan istifadə pislənilir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran öz prinsipial siyasətləri, dini və etika təlimlərinə əsasən və kimyəvi silahların qurbanlarından biri olaraq hər hansı tərəf və hər hansı məkanda kimyəvi silahlardan istifadəni pisləyir.
Bəhram Qasimi bazar günü Şərqi Qutənin Duma bölgəsində kimyəvi hücuma toxunaraq deyib: Suriya ordusunun Şərqi Qutənin Duma şəhərində kimyəvi silahdan istifadə etməsi iddiası mövcud reallıqlarla uzlaşmır.
İran XİN sözçüsü bildirib: Suriya ordusu silahlı terrorçularla döyüş meydanında üstün mövqedədir. Belə bir halda Suriya ordusunun kimyəvi maddə və ya silahdan istifadəsi məntiqli görünmür.
O xatırladıb: Suriya hökuməti kimyəvi silahlar haqda BMT ilə münasib əməkdaşlıq edib və beynəlxalq ictimaiyyət bu ölkənin kimyəvi silahların qadağası sazişinə qoşulmasından sonra onun bütün kimyəvi silah istehsalı imkanlarını məhv edib.
Qasimi deyib: ABŞ və bəzi qərb ölkələri tərəfindən belə ittiham və iddiaların Suriya hökuməti və xalqına qarşı yeni məkrli planının nişanəsidir. Bu məsələ Suriya və regionun vəziyyətinin mürəkkəbləşməsi ilə nəticələnəcək, terrorçuları da cinayətlərini davam etdirməkdə daha da ciddiləşdirəcək. Əlbəttə bu, region və dünyanın sülh, stabillik və təhlükəsizliyinin xeyrinə olmayacaq.
Terrorçuların şənbə gecə Suriyanın Şərqi Qutə bölgəsində Duma şəhərinə kimyəvi hücumu nəticəsində onlarla nəfər həlak olub və yaralanıb.