İnqilab Rəhbəri rəsmilərin İslam və İslam Respublikasının hədəfləri üzərində dayanmalarının vacibliyini vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri rəsmilərin İslam və İslam Respublikasının hədəfləri üzərində dayanmalarının vacibliyini vurğulayıblar.
Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikası quruluşunun məsul şəxslərindən bir qrupu ilə görüşdə rəcəb ayını və onun bayramlarını təbrik edərək, bu mübarək günləri ibadət və dua üçün böyük fürsətlər adlandırıb və belə deyiblər: Məsul şəxslər üçün vacib məsələlərdən və müqavimət amili olan təqva və "günah, xəyanət və dünyapərəstlikdən çəkinmə", Allah-Taala ilə əlaqələrin gücləndirilməsindən asılıdır.
İslam İnqilabının Böyük Rəhbəri tədrici süqutun və qəflətə qapılmanın qarşısının alınması yolunu müraqibə adlandırıb və belə əlavə ediblər: İran İslam Respublikasında biz- bütün məsul şəxslər, öz ürəyimizin təmir edilməsinə ehtiyaclıyıq, zira İran İslam Respublikası tövhid, ilahi şəriət, ədalət, azadlıq və istiqlaliyyət kimi mühüm amal və hədəflərə əsasən yaranıb və dünyadakı adi hökumətlərdən fərqlənir.
Həzrət Ayətullahuluzma Xamenei ölkə iqtisadiyyatının infrastrukturu kimi peşə və ticarət atmosferinin qaydaya salınması vacibliyini vurğulayaraq, deyiblər: Bu işin görülməsi müqavimət iqtisadiyyatı üzrə baş qərargahın vəzifələrindəndir və həmin qərargah da problemlərin həllinin ardıncadır, amma iş gənclik enejisi və stimulu ilə izlənilməlidir.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin daxili sosial şəbəkələrin ümumi tələbə çevrilməsi və mesaj mərkəzlərinin yaradılmasından razılıq edərək, deyiblər: Məsul şəxslər xalqın və ölkənin daxili mühiti və təhlükəsizliyini qorumalıdırlar, xalqın və ölkənin daxili mühiti və təhlükəsizliyinə təcavüz, "şəri haram"dır və həyata keçirilməməlidir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dövlət və məhkəmə orqanlarındakı məsul şəxslər xalqın həyatının daxili mühiti və onların sirlərinin qorunub saxlanılmasına çalışmalıdırlar.