Apr 14, 2018 12:25 Asia/Baku
  • Məbəs bayaramında Məşhəd şadlıq içindədir
    Məbəs bayaramında Məşhəd şadlıq içindədir

Böyük islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə) Allah taala tərəfindən peyğəmbərliyə seçildiyi gün olan məbəs bayaramında imamət və vilayət səmasının 8-ci parlaq ulduzu həzrət İmam Rzanın(ə) müqəddəs Məşhəd şəhərində yerləşən pak dərgahı çirağan edilərək şadliq içindədir.

İRNA-nın verdiyi məlumata görə, Məşhəd şəhərinin küçələri əziz islam peyğəmbərinin(s.ə) məbəsi münasibəti ilə çırağan edilib və İmam Rzanın(ə) pak dərgahı da nura və sevincə burunub. 

Belə bir böyük bayram münasibəti ilə imam Rzanın(ə) ziyarətinə yaxın və uzaq yollardan gələn minlərlə zəvvar bu mübarək günü peyğəmbər övladı olan imam Rzanın(ə) pak qəbri kənarında keçirir və bu mübarək hadisə münasibəti ilə Allaha şükür səcdəsi edir. 

Bu gün şənbə rəcəb ayının 27-i əziz islam peyğəmbərinin peyğəmbərliyə məbus olduğu gündür. 

İslami İran xalqı 27 rəcəbdə bayram tədbirləri keçirir, şiriniyyat paylayır və bu mübarək günü yüksək əhval-ruhiyyədə qeyd edir. 

 

Teqlər